XƏBƏRLƏR / Təbiət

Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub

Bu barədə Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib

Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan ərazisində 3.2 maqnitudalı zəlzələ qeydə alınıb.

    Bu barədə Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

    Zəlzələ yerli vaxtla bu gün 04:19-da 12 km dərinlikdə baş verib.

    Qeyd edək ki, zəlzələ Zəngilanla Ermənistanın sərhədində baş verib.