XƏBƏRLƏR / Təbiət

Azərbaycanda zəlzələ oldu

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib

Azərbaycanda zəlzələ oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Noyabrın 13-də İsmayıllı seysmoloji stansiyasından 4 kilometr şimalda - İsmayıllı rayonunda zəlzələ baş verib.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, saat 02:50-də baş verən 3 maqnitudalı zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib.

    Zəlzələ hiss olunmayıb.