XƏBƏRLƏR / Təbiət

"Azərbaycanın yardımından istifadə edirik"

Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib

"Azərbaycanın yardımından istifadə edirik"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə zəlzələ bölgələrində axtarış-xilasetmə tədbirləri davam etdirilir. Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib. 

    Onun sözlərinə görə, xilasetmə işlərinə digər ölkələrdən axtarış-xilasetmə işçiləri cəlb olunub: "Hazırda ümumi olaraq 12 181 nəfər axtarış-xilasetmə işlərinə cəlb olunub. Onlardan 2296 nəfər xaricdən gələndir. Digər ölkələrin, o cümlədən Azərbaycanın yardımından istifadə edirik. Hər kəsə dəstək üçün təşəkkür edirik. İşçilər Hatay, Maraş, Adıyaman və digər yerlərə də cəlb olunub”.