XƏBƏRLƏR / Təbiət

1966-cı ildən bəri ilk dəfə bu həddə yağıntı qeydə alınıb

Bunu Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib

1966-cı ildən bəri ilk dəfə bu həddə yağıntı qeydə alınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yağışın davam etdiyini nəzərə alsaq, yağıntıların miqdarının artacağı gözləniləndir.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, 100 illik hidrometeoroloji statistik məlumatların təhlili göstərir ki, Bakıda və Abşeron yarımadasında ən güclü yağış 1966-cı ilin 23 aprel tarixində müşahidə edilib. Həmin gün 73.3 mm yağıntı düşüb, bu da aylıq normanın 317 faizini təşkil edib.

    “Bu il aprel ayının 16-da gecə saatlarından başlayaraq 15 saat ərzində düşən yağıntının miqdarı 57 mm olub ki, bu da adətən ay ərzində düşən yağıntının miqdarından 2 dəfə (217%) çoxdur. Beləliklə bu hal son 59 ilin rekord göstəricisidir”,- deyə o qeyd edib.