XƏBƏRLƏR / Təbiət

Suriyada zəlzələ qurbanlarının sayı 1600-ü keçdi

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb

Suriyada zəlzələ qurbanlarının sayı 1600-ü keçdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Suriyada zəlzələ nəticəsində həyatını itirən insanların sayı 1602-yə çatıb. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

    İdlib, Halep, Hama, Lazkiye ve Tartus şəhərlərində hiss olunan zəlzələdən sonra axtarış-xilasetmə tədbirlərinin davam etdiyi qeyd olunub.

    Bildirilib ki, Əsəd rejiminin nəzarətində olan bölgədə 812 nəfər həyatını itirib, 1449 nəfər isə yaralanıb. 

    Suriyanın digər bölgələrində azı 790 nəfərin həlak olması, 2200-dən çox insanın yaralanması barədə məlumatların olduğu diqqətə çatdırılıb.

    Qeyd edək ki, episentri Kahramanmaraşda olan zəlzələ Türkiyə ilə yanaşı, Suriyada da böyük dağıntılar və insan tələfatına səbəb olub. Həmçinin regiondakı digər ölkələrdə yeraltı təkanlar hiss olunub.