Zəlzələdə 1121 nəfər ölüb, 7634 nəfər yaralanıb VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib

  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:44

    Türkiyədə baş vermiş zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Həmçinin bildirilib ki, zəlzələ zamanı 7634 nəfər isə yaralanıb.

    16:15

    Türkiyədə baş vermiş zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

    ***

    “Zəlzələ 7, 7 bal gücündə baş verib, dərinliyi 7 km olub”. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fövqəladə Halların İdarə Edilməsi Agentliyində (AFAD) keçirdiyi brifinqdə bildirib.

    Onun sözlərinə görə, zəlzələ nəticəsində 912 nəfər həlak olub, 5385 nəfər xəsarət alıb.

    Bununla yanaşı 2470 nəfər dağıntılar altından çıxarılıb, 2818 bina dağılıb.

    Ölkə başçısı ölü və yaralı sayının artacağını istisna etməyib.