Badamdar yamacında sürüşmə sahəsində aktivlik yaranıb VİDEO
Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib
Son günlər yağan intensiv yağışlardan sonra Badamdar yamacında sürüşmə sahəsində yaranmış aktivliklə əlaqədar Badamdar-20-ci Sahə avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb, əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub. VİDEO

Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.
Qeyd edilib ki, aprelin 5-i səhər saatlarında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əraziyə gəlib.

Nazir yaranmış vəziyyətlə yerində tanış olub, məsələ ilə bağlı müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə fikir mübadiləsi aparıb, təklifləri dinləyib və aidiyyəti üzrə tapşırıqlar verib.
1 dəqiqədən az