XƏBƏRLƏR / Təbiət

Kosmik hava proqnozu

Şamaxı Astrofizika Rəsədxanası xəbər verir

Kosmik hava proqnozu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

    Rəsədxanadan bildirilib ki, Günəşin fəallığı demək olar ki, orta səviyyədə olub. Günəş küləyinin maksimal sürəti saniyədə 858 kilometrədək artıb.

    Aprelin 7-dən 13-dək C sinif alışmanın baş verməsi ehtimalı 95 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faiz təşkil edir.

    Günəş küləyinin sürəti mənfi qütblü tac dəliyi axınlarının təsirilə hazırda normadan yüksək olsa da, aprelin 9-dək nominal vəziyyətə dönəcəyi gözlənilir.

    Avroraların müşahidə olunması ehtimalı yüksək geomaqnit enliklərdə 15-25 faiz, orta geomaqnit enliklərdə isə 15-1 faizdir.

    Geomaqnit sahəsinin sakit-aktiv səviyyələrdə olacağı gözlənilir.