XƏBƏRLƏR / Təbiət

Xəzər dənizində zəlzələ olub

Son həftələr Xəzər dənizində seysmoloji aktivlik müşahidə olunur

Xəzər dənizində zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ baş verib.

    Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 14:07-də qeydə alınıb. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.

    Qeyd edək ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik müşahidə olunur. Belə ki, aprel ayında Xəzərdə 16 zəlzələ olub.