Azərbaycanda leysan yağışların nəticələri
Qeyri-sabit hava şəraiti aprelin 7-si axşamına qədər davam edəcək
Bir neçə gündür davam edən leysan yağışlar bir sıra fəsadlara səbəb olub.
Siyəzən rayonunda daşqınlar nəticəsində körpü uçub.

Bundan əlavə, Qusar rayonunda sel elektrik dirəklərini və transformatoru aparıb. Fövqəladə Hallar Nazirliyi bildirib ki, yağışların nəticələrinin aradan qaldırılması üçün həm paytaxt Bakıda, həm də bölgələrdə işlər davam edir.
Son iki gündə yağan yağıntı aylıq orta göstəricinin 390%-nə çatıb. Azərbaycanda qeyri-sabit hava şəraiti aprelin 7-si axşamına qədər davam edəcək.
1 dəqiqədən az