Yanvarın 3-də Yer Günəşə maksimum yaxınlşacaq
Bu barədə Moskva Planetariumunun mətbuat xidmətindən bildirilib
Yanvarın 3-də Yerin orbitinə ən yaxın nöqtədə olacağına görə Günəşin görünən diametri 2024-cü ildə ən böyük olacaq.
Bu barədə Moskva Planetariumunun mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Günəş diski iyulun əvvəli ilə müqayisədə 3% daha böyük görünəcək.
Həmin gün planetlər arasındakı məsafə 147 098 988 km, və ya 0,983296 astronomik vahid olacaq.