Qırğızıstanda 5,9 bal gücündə zəlzələ olub
Zəlzələni Almatı sakinləri də hiss edib
Ötən gecə Qırğızıstan ərazisində 5,9 baş gücündə zəlzələ olub. Zəlzələni Almatı sakinləri də hiss edib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji təcrübə-metodik ekspedisiyası məlumat yayıb. Məlumata görə, zəlzələ yerli vaxtla saat 03:42-də Almatıdan 279 kilometr cənub şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə olub. İki saat sonra isə Qırğızıstan və Çin sərhədinə, Almatıdan 278 kilometr cənub şərqdə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.