XƏBƏRLƏR / Təbiət

“Bozdağ-Güzdək” palçıq vulkanda püskürmə qeydə alınıb

Məlumat AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilib

“Bozdağ-Güzdək” palçıq vulkanda püskürmə qeydə alınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Abşeron yarımadasında yerləşən “Bozdağ-Güzdək” palçıq vulkanda növbəti püskürmə qeydə alınıb.

    Püskürmə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəqəmsal stansiyaları tərəfindən qeydə alınıb.

    Püskürmə yerli vaxtla saat 22:26-da başlayıb və altı dəqiqə davam edib. Püskürmə bir faza ilə xarakterizə olunub. Palçıq vulkanlarının monitorinqi stansiyalarının məlumatlarına əsasən Bozdağ-Güzdək palçıq vulkanda ocağın dərinliyi 3.0 kilometr, püskürməyin davamlılığı 6 dəq, ayrılan enerjisi isə - 6.32*106 Coul təyin edilib.