XƏBƏRLƏR / Təbiət

Bəzi çaylarda sululuq artıb

Bu barədə Milli Hidrometerologiya Xidmətindən bildirilib

Bəzi çaylarda sululuq artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 29-u saat 9:00-a olan məlumata əsasən, bəzi çaylarda sululuq artıb. 

    Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdabda 9 sm, Əyriçay-Ağyazıda 5 sm, Kiçik Qafqaz ərazisindən axan Gəncəçay-Zurnabadda 2 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidorda 8 sm, Təngərüdçay-Vaqoda 6 sm artım qeydə alınıb.

    Transsərhəd çaylarda Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 2 sm artıb, su sərfi 160 m3/san olmaqla normanın 90%-ni təşkil edir.