XƏBƏRLƏR / Təbiət

İranda 5 bal gücündə zəlzələ olub YENİLƏNİB

Bu barədə İran mənbələri xəbər verib

İranda 5 bal gücündə  zəlzələ olub YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 10:59

    İranda zəlzələdə 19 nəfər xəsarət alıb.

    Bu barədə İran mənbələri məlumat yayıb.

    ***

    09:27

    İranın Xorasan Rezəvi əyalətinin Rəştxar şəhərində mayın 1-də səhər saatlarında 5 maqnitudalı zəlzələ olub.

    “Mehr” agentliyi xəbər verir ki, bu barədə şəhərin icra başçısı Seyid Əli Musəvi bildirib.

    Onun sözlərinə görə, hadisə yerinə xilasedicilər cəlb olunub.

    Ə.Musəvi təbii fəlakət nəticəsində dəyən maliyyə ziyanını araşdırdığını qeyd edib. O bildirib ki, yeraltı təkanlar qonşu Xaf və Turbat Heydəri şəhərlərində də hiss edilib.

    İcra başçısının sözlərinə görə, təbii fəlakət nəticəsində xəsarət alan və ölən olmayıb.