XƏBƏRLƏR / Təbiət

Payız fəsli Azərbaycana daxil olub

Şimal yarımkürəsində astronomik payız, cənub yarımkürəsində isə astronomik yaz başlayıb

Payız fəsli Azərbaycana daxil olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Payız fəsli Azərbaycana daxil olub.

    Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, bu an “payız bərabərliyi” adlanır.

    Beləliklə, şimal yarımkürəsində astronomik payız, cənub yarımkürəsində isə astronomik yaz başlayıb.

    Bundan sonra Şimal yarımkürəsində gündüzlər tədricən qısalır, gecələr isə uzanmağa başlayır.

    2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək və 22 dekabrda baş verəcək qış günəşduruşu ilə başa çatacaq. Həmin andan etibarən Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayacaq.