Türkiyədə yenə zəlzələ oldu
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb
Türkiyənin Kahramanmaraş bölgəsində zəlzələ olub. Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Dulkadiroğlu rayonunda baş verən yeraltı təkanın gücü 4 bal olub. Yerli vaxtla saat 01:45-də qeydə alınan zəlzələ yerin 7,18 kilometrliyində baş verib.
Kahramanmaraş vilayətində bu gün yenidən zəlzələ qeydə alınıb. AFAD-ın məlumatına görə, vilayətin Pazarcık rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 9.8 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl vilayətin Dulkadiroğlu rayonunda 4 bal gücündə yer silkələnməsi olmuşdu.