 
                                11:53
Kamçatka sahillərində sunami təhlükəsi elanı ləğv edilib.
Bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"Kamçatka sahilləri üçün sunami təhlükəsi aradan qaldırılıb. Yaşayış məntəqələri yaxınlığında dalğa yaxınlaşması qeydə alınmayıb", - xilasedicilər bildiriblər.
***
09:11
Kamçatka sahillərində baş verən 7,1 maqnitudalı güclü zəlzələ nəticəsində Şimali Kuril bölgəsində sunami təhlükəsi elan edilib.
Bu barədə "RİA Novosti"yə “Yujno-Saxalinsk” seysmoloji stansiyasının rəisi Yelena Semyonova məlumat verib.
Məlumata görə, zəlzələnin ocağının dərinliyi 10 kilometr təşkil edib.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            