Aprelin 2-də Özbəkistan paytaxtı Daşkənddə baş verən dolu paytaxt yollarını və metronu su basmaqla yanaşı, dağıntılara da səbəb olub. Yağışdan sonra yaşayış binasının eyvanları yükə tab gətirə bilməyib uçub.
Tashkent_Land Telegram kanalının məlumatına görə, söhbət Babur küçəsindəki 59 saylı evdən gedir. Balkonların uçması nəticəsində xəsarət alan olmayıb.
Həmçinin Daşkənd metrosundan bildirilib ki, metronun "Əmir Teymur meydanı" stansiyasını su basması qatarların hərəkətinə mane olmayıb.
Daşkənddə yağışdan sonra baş verən daşqınların səbəbləri barədə şəhərin hakimliyi məlumat yayıb: “Aprelin 2-də 2 saat ərzində 20 mm yağış yağıb ki, bu da aprelin ümumi 60 mm yağıntısının üçdə birini təşkil edir.
Daşkənddə kanalizasiya dairələrinin orta diametri 300 mm-dir. Yağış suları onların vasitəsilə kollektorlara və kanallara axır.
Mövcud vəziyyətin operativ şəkildə aradan qaldırılmasına 500-dən artıq əməkdaş və 100-dən artıq xüsusi texnika cəlb olunub, daşqın saat 23:00-dək (tunellər, mərkəzi yollar və s.) aradan qaldırılıb".