XƏBƏRLƏR / Təbiət

Qazaxda meşəlik ərazidə yanğın başlayıb YENİLƏNİB / VİDEO

Əraziyə iki helikopter cəlb olunub

Qazaxda meşəlik ərazidə yanğın başlayıb YENİLƏNİB / VİDEO
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 19:25

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonunun Bala Cəfərli və Xanlıqlar kəndlərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.

    VİDEO

    Həyata keçirilən tədbirlər sayəsində Bala Cəfərli kəndindəki yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində təxminən 50ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.

    Xanlıqlar kəndi istiqamətindəki yanğınla mübarizə tədbirləri davam etdirilir.

    Əlavə məlumat veriləcək.

    ***

    18:49

    Qazaxda meşəlik ərazidə yanğın başlayıb.

    Xanlıqlar kəndi ərazisində böyük sahəni əhatə edən ərazidə yanğın qeydə alınıb.

    Yanğın Cəfərli kəndi ərazisində başlayıb, sonradan Xanlıqlar kəndinə keçib.

    Alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.

    Əraziyə iki helikopter cəlb olunub.