XƏBƏRLƏR / Təbiət

Ağdərədə növbəti yanğın baş verib

Rayonun Ortakənd kəndi ərazisində baş verən yanğın quru ot və kolluq ərazidə başlayıb

Ağdərədə növbəti yanğın baş verib
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağdərə rayonunda növbəti dəfə yanğın müşahidə olunur.

    Rayonun Ortakənd kəndi ərazisində baş verən yanğın quru ot və kolluq ərazidə başlayıb.

    Havanın küləkli olması səbəbilə alov genişlənərək dağlıq ərazidə yerləşən meşə sahəsinə keçib.

    FHN-nin Tərtər və Naftalan rayonlarının yanğınsöndürən əməkdaşları hadisə yerinə cəlb edilib. Yanğının söndürülməsinə helikopter də cəlb edilib.