Rusiyanın Tuva respublikasında 11 min hektar meşə yanır
Yanğın getdikcə yaşayış məntəqələrinə yaxınlaşır
Rusiyanın Tuva respublikasında bu ilin yayında üçüncü dəfə meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Quru və isti hava 11 min hektardan çox meşədə yanğınlara səbəb olub. İndi yanğın getdikcə kəndlərə yaxınlaşır.
Sakinlər tüstülü hava problemindən şikayətlənirlər. "Azas" Dövlət Təbiət Qoruğu da daxil olmaqla bir sutka ərzində yanğın mənbələrinin sayı 18-dən 29-a yüksəlib.
Tuvada əvvəlcə sel oub, sonra şimşək çaxıb və insan tələfatı olub, indi də meşə yanğınları başlayıb.