Ötən gün Azərbaycanda 47 yeraltı təkan qeydə alınıb
Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib
Ötən gün Azərbaycanda 47 yeraltı təkan qeydə alınıb.
Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.
O, hansısa bir zonada güclü zəlzələnin baş verməsi ehtimalının olmadığını vurğulayıb.
"Narahatlığa heç bir əsas yoxdur", - Qurban Yetirmişli qeyd edib.
Baş direktor bildirib ki, bu cür yeraltı təkanların olması enerji boşalması üçün əhəmiyyətlidir.