Havay adalarında Kilauea vulkanı püskürüb VİDEO
Bu səbəblə aviasiya təhlükəsizliyinin qırmızı kodu elan edilib
Havay adalarında Kilauea vulkanı püskürüb.
Vulkan lavalarının püskürməsi səbəbi ilə aviasiya təhlükəsizliyinin qırmızı kodu elan edilib.
Qeyd edək ki, Kilauea Havay adasındakı ən gənc yerüstü vulkandır. Geoloqların fikrincə, Kilaueanın "cəmi" təxminən 300 min il yaşı var. Müqayisə üçün qeyd edək ki, İtaliyadakı məşhur Etna vulkanının (yeri gəlmişkən, Avropada ən böyüyü) 350 min ildən çox yaşı var.
Kilauea vulkanı təkcə Havaydakı ən gənc vulkan deyil. Belə ki, bu vulkanın 1983-cü il yanvarın 3-dən bəri püskürməsini dayandırmayıb. Bu, vulkanik fəaliyyətin ən uzun dövrü və dünyada ən uzun püskürmələrdən biridir. 1983-cü ildən bəri vulkanın kraterindən hər gün təxminən 500 min kubmetr lava axır.
Kilauea vulkanı bütün tarixi boyu aktiv fəaliyyət göstərib. 1918-ci ildən bəri vulkan üçün yeganə uzun istirahət dövrü 1934-1952-ci illər arasında 18 illik fasilə olub.
Hazırkı püskürmələrlə əlaqədar olaraq, ABŞ hökuməti təhlükəsizlik baxımından Kilauea yaxınlığında kifayət qədər sərt davranış qaydaları tətbiq edib. Vulkandan püskürən lava insanın orta qaçış sürətindən daha sürətlə axdığı və onun temperaturu 900°C-yə çatdığı üçün insanlar üçün ciddi təhlükə yaradır. Bundan əlavə, vulkan püskürməsi zamanı çıxan qazlar da həyat və sağlamlıq üçün təhlükə yaradır. Buna görə də Havay adalarının səlahiyyətliləri Kilaueanın yerləşdiyi böyük adada təhlükəli yerlərdə qalmaq üçün cəzaları sərtləşdirməyə məcbur olublar. Bundan sonra qadağan olunmuş yerlərdə olmağa görə bir ilədək həbs və 5 min dollara qədər cərimə nəzərdə tutulur.