Laçında dağ keçisi sürüsü görünüb
Maraqlı görüntülər Laçının Malıbəy və Cağazur kəndlərinin ərazisindəki dağlarda çəkilib
Bu günlərdə Laçında dağ döşündə gəzən bir sürü dağ keçisi insanlar tərəfindən lentə alınıb.
Maraqlı görüntülər Laçının Malıbəy və Cağazur kəndlərinin ərazisindəki dağlarda çəkilib. Dağ ətəyində otlayan bir sürü dağ keçisi daha sonra sıldırım qayalardakı yüksəkliklərə dırmanaraq gözdən itib.