XƏBƏRLƏR / Təbiət

Gürcüstanda zəlzələ olub

Bu barədə Milli Seysmoloji Monitorinq Mərkəzindən bildirilib

Gürcüstanda zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstanın Tsalka şəhərindən (Kvemo Kartli bölgəsi) 3 km və Tbilisidən 37 km məsafədə yerli vaxtla saat 10:08-də 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.

    Bu barədə Milli Seysmoloji Monitorinq Mərkəzindən bildirilib.

    Zəlzələ ocağı 10 km dərinlikdə, episentri isə Kvemo Xaraba kəndindən 1 km məsafədə yerləşib.

    Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.