Kahramanmaraş və Malatyada zəlzələ oldu
Bu barədə AFAD-ın rəsmi twitter səhifəsində məlumat yayılıb
Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb. Bu barədə AFAD-ın rəsmi twitter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Göksun rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.9 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Daha bir zəlzələ Malatyada olub.
vilayətin Akçadağ rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.