Suriyada zəlzələ qurbanlarının sayı 5800-ü ötdü
Bu barədə Suriya mətbuatı məlumat yayıb
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 5800 nəfəri ötüb. Bu barədə Suriya mətbuatı məlumat yayıb. Qeyd edək ki, açıqlanan rəqəmlər Suriyada prezident Bəşər Əsədin nəzarətində olan əraziləri əhatə edir. Qeyd edək ki, episentri Kahramanmaraşda olan zəlzələ Türkiyə ilə yanaşı, Suriyada da böyük dağıntılar və insan tələfatına səbəb olub. Həmçinin regiondakı digər ölkələrdə yeraltı təkanlar hiss olunub.