Gürcüstanda matəm günüdür
Bununla əlaqədar bütün ölkə ərazisində dövlət və hökumət binalarında, inzibati binalarda bayraqlar endirilib, əyləncəli proqramlar ləğv edilib
Avqustun 3-də Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi ilə əlaqədar bu gün matəm günü elan edilib.
Bununla əlaqədar bütün ölkə ərazisində dövlət və hökumət binalarında, inzibati binalarda bayraqlar endirilib, əyləncəli proqramlar ləğv edilib.
Matəm 8 avqust saat 20:00-dək davam edəcək.
Qeyd edək ki, faciə nəticəsində həlak olmuş 18 nəfərin meyiti tapılıb, təxminən 20 nəfərin axtarışlarının isə davam etdirildiyi bildirilir. Ölənlərdən 14-nün şəxsiyyətinin müəyyən edildiyi, onlar arasında Rustavidən olan 18 yaşlı etnik azərbaycanlı Samirə İsayeva, həmçinin bir Rusiya vətəndaşı var.