XƏBƏRLƏR / Təbiət

Dağıstanda zəlzələ olub

Bu barədə Rusiya KİV-i xəbər verir

Dağıstanda zəlzələ olub
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dağıstanda 3,4 maqnitudalı zəlzələ baş verib.

    Bu barədə Rusiya KİV-i xəbər verir.

    İlkin məlumatlara görə, ölən və dağıntı yoxdur.

    "Moskva vaxtı ilə saat 9:30-da (Bakı vaxtı ilə 10:30) Rusiya Elmlər Akademiyasının Dağıstan Geofizika Xidmətinin növbətçi mütəxəssisindən daxil olan məlumata əsasən, saat 8:34-də (Bakı vaxtı ilə 9:34) Karabudaxkent rayonunda hava limanı ərazisində 2 km dərinlikdə 3,4 maqnitudalı zəlzələ baş verib", - məlumatda deyilir.

    Yeraltı təkanlar yerin səthində hiss olunmayıb.

    Sosial təyinatlı obyektlər ştat rejimdə işləyir.

    Karabudaxkent rayonu ərazisində, Kaspiysk şəhərindən 4,5 km və Mahaçqalanın ən yaxın mikrorayonundan 16,2 km məsafədə "Mahaçqala" (Uytaş) beynəlxalq hava limanı yerləşir.