XƏBƏRLƏR / Təbiət

İndoneziyada Marapi vulkanı püskürüb

Bu vulkan hazırda üçüncü təhlükə səviyyəsindədir

İndoneziyada Marapi vulkanı püskürüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İndoneziyanın Qərbi Sumatra əyalətindəki Marapi vulkanı 54 saniyə ərzində püskürüb.

    İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi ziyarətçiləri püskürmə mərkəzindən 4500 metr radiusda hər hansı fəaliyyətdən çəkinməyə çağırıb.

    Dəniz səviyyəsindən təxminən 2900 metr hündürlükdə yerləşən Marapi vulkanı hazırda üçüncü təhlükə səviyyəsindədir.

    Xatırladaq ki, ötən ilin dekabrında həmin ərazidə vulkan püskürməsi nəticəsində onlarla səyahətçi həlak olmuşdu. Təbii fəlakət səbəbindən yerli hava limanında uçuşlar təxirə salınmışdı.