Azərbaycanda güclü zəlzələ oldu
Təbiət hadisəsi yerli vaxtla saat 20:38-də qeydə alınıb
Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:38-də qeydə alınıb.
Mərkəzdən bildirilib ki, yeraltı təkanlar Saatlı, Beyləqan, Mingəçevir,Yardımlı, Qəbələ rayonlarında hiss olunub.
Zəlzələ episentrdə 5 bala qədər, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.