XƏBƏRLƏR / Təbiət

Şəkidə güclü yağış və qasırğa fəsadlar törədib

Altı evin damı ciddi zərər görüb

Şəkidə güclü yağış və qasırğa fəsadlar törədib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gecə Şəki şəhərində güclü yağış və küləklə müşahidə olunan qasırğa fəsadlar yaradıb.

    Güclü küləklə müşahidə olunan qasırğa daha çox şəhərin yeni yaşayış massivində, 104-cü məhəllədə müşahidə olunub. Belə ki, külək bir neçə evin damını tamamilə dağıdaraq bir neçə yüz metr aralıya atıb. Həmçinin sahibkarlıq obyektinin də damını uçurub. Külək ərazidən keçən elektrik dirəklərini, yeni inşa edilən daş divarları da aşırıb.

    Şəki Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının üzvü Cahangır Nəbiyev bildirib ki, qasırğa nəticəsində 6 evin damı ciddi zərər görüb. Həmçinin həyətyanı hasarlara ziyan dəyib. C.Nəbiyev qeyd edib ki, dəymiş ziyanla bağlı sənədləşmə işləri aparılaraq müvafiq orqanlara təqdim ediləcək.