XƏBƏRLƏR / Təbiət

İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib

YENİLƏNİB

İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 11:45

    Ötən gün axşam saatlarından başlayaraq İsmayıllı rayonuna yağan leysan xarakterli yağış nəticəsində yaranan sel suları İsmayıllı-Lahıc avtomobil yolunun bir-neçə ərazisində hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasizləsiz və təhlükəsiz hərəkətində problemlər yaradıb.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, dərhal əraziyə Agentlik tərəfindən canlı qüvvə və texnika cəlb edilərək təhlükəsizlik tədbirləri görülüb, yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması üçün işlər aparılaraq hərəkət bərpa olunub.

    Hazırda lil və qaya parçalarının yolun hərəkət hissəsindən təmizlənməsi işləri davam etdirilir.

    ***

    10:20

    Ötən gün axşam saatlarından başlayaraq İsmayıllıya yağan leysan xarakterli yağış və güclü külək Lahıc qəsəbəsinə və ətraf kəndlərə gedən yolun bağlanmasına səbəb olub.

    Yağış və güclü külək səbəbindən dağlardan gələn torpaq qatı və iri qaya parçaları İsmayıllı-Lahıc avtomobil yolunun üzərinə tökülüb, nəticədə sürücülərin hərəkəti çətinləşib. Hazırda yol hər iki istiqamətdə bağlıdır.

    Əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib, yolun hərəkət hissəsində olan qaya parçaları və lil qatı təmizlənir.

    Hazırda ərazidə yağışlı hava şəraiti davam edir, çaylarda suyun artması müşahidə olunur.