XƏBƏRLƏR / Təbiət

İranda yenidən güclü zəlzələ oldu

Yanvarın 18-də İranda 8 bal gücündə zəlzələ baş vermişdi

İranda yenidən güclü zəlzələ oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yanvarın 19-da İranda yenidən güclü zəlzələ baş verib. Zəlzələnin gücü 6 bal olub. Hələlik tələfat barədə hər hansı məlumat yoxdur. 

    Yanvarın 18-də Cənubi Azərbaycanın Xoy şəhərində baş vermiş zəlzələdə 194 nəfər xəsarət alıb. Bu barədə rəsmi İRNA agentliyi məlumat yayıb. Evi dağılmış insanlara çadır paylanıb. Həmçinin ərzaq yardımı və istilik cihazları da verilib.

    İran ərazisində qeydə alınan zəlzələ Naxçıvan Muxtar Respublikasında da hiss olunub. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 09:55-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan MR-in sərhəd rayonlarında 3 bala qədər hiss olunub.