XƏBƏRLƏR / Təbiət

İranda toz fırtınası 1632 nəfəri xəstəxanalıq etdi

Bu barədə “Tasnim” məlumat yayıb

İranda toz fırtınası 1632 nəfəri xəstəxanalıq etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Sistan-Bəlucistan vilayətində son dörd gündə toz fırtınası səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayı 1632-yə çatıb, 3 nəfər isə həyatını itirib.

    Bu barədə “Tasnim” məlumat yayıb.

    Bildirilib ki, Sistan-Bəlucistan vilayətinin 5 şəhərində bütün məktəblər, idarələr və banklar bağlanıb.

    Xüsusilə ürək və tənəffüs xəstəlikləri olanların çölə çıxmaması tövsiyə edilib.