Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Vilayətin Göksun rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 6 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.