Saatlıda zəlzələ olub
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb

Bu gün yerli vaxtla 21:38-də Saatlı rayonunda maqnitudası 4 olan zəlzələ baş verib.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Dərinliyi 52 kilometr olan yeraltı təkanlar Saatlı rayonu və ətraf ərazilərdə 3 bala qədər hiss olunub.