XƏBƏRLƏR / Təbiət

Dünən axşamdan Azərbaycanda 34 yeraltı təkan olub

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib

Dünən axşamdan Azərbaycanda 34 yeraltı təkan olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünən axşam saat 9-dan səhərə kimi Azərbaycanda 34 yeraltı təkan baş verib, amma hiss edilməyib.

    Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, il ərzində 7-8 min zəlzələ olur:

    "Güclü zəlzələni qabaqcadan demək olmur. Azərbaycanda ən dərin zəlzələ ocaqları Xəzər dənizində və Kür çökəkliyindədir. Yerdə qalan zəlzələlər 8-10 km dərinlikdə olur. Havanın zəlzələyə heç bir aidiyyəti yoxdur".