XƏBƏRLƏR / Təbiət

Yunanıstanda güclü zəlzələ oldu

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb

Yunanıstanda güclü zəlzələ oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yunanıstanın Krit adasının sahillərində 5,1 bal gücündə zəlzələ olub. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, yeraltı təkanların episentri İraklion şəhərindən 159 kilometr şimal-şərqdə, ocağı isə 122 kilometr dərinlikdə yerləşib.

    Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.