Güclü yağış Trabzon vilayətində daşqınlara səbəb olub FOTO
Təbii fəlakət nəticəsində bir nəfər itkin düşüb

Türkiyənin şimal-şərqində yağan güclü yağışlar Trabzon vilayətində genişmiqyaslı daşqınlara səbəb olub.
Yerli hakimiyyət orqanları təbii fəlakətin küçələri su basmasına və nəqliyyat əlaqələrinin pozulmasına səbəb olduğunu bildirir. Gecədən başlayan güclü yağış şəhərin küçələrini su basmasına səbəb olub.
Təbii fəlakət nəticəsində bir nəfər itkin düşüb.