Yer kürəsində maqnit qasırğası başlayıb
Bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi bildirib
Yer kürəsində zəif maqnit qasırğası başlayıb.
Bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus bildirib.
“Bu səhər planetimizdə G1 sinifli zəif maqnit qasırğası başlayıb. 8 saat 50 dəqiqədən sonra geomaqnit sahəsinin pozulma səviyyəsini əks etdirən Kp indeksi 5 vahidə çatıb”, - o deyib.
Sinoptikin sözlərinə görə, gün ərzində geomaqnit sahəsinin əsasən bir qədər pozulacağı, qısamüddətli zəif maqnit qasırğaları gözlənilir.