XƏBƏRLƏR / Təbiət

Etna vulkanı yenidən fəallaşıb

Kül və toz dumanı 9,5 kilometr hündürlüyə qalxıb

Etna vulkanı yenidən fəallaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropanın ən böyük aktiv vulkanı olan Etna yenidən oyanıb.

    İtaliyanın Siciliya adasındakı vulkanın cənub-şərqindəki Voraqin kraterindən güclü lava axını müşahidə edilib.

    İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya bölməsindən verilən açıqlamaya görə, vulkanın püskürdüyü kül və toz dumanı təxminən 9,5 kilometr hündürlüyə qalxıb.

    Vulkanın ətəyindəki yaşayış məntəqələrinə yayılan kül və toz dumanı hava nəqliyyatına da mənfi təsir göstərib.