XƏBƏRLƏR / Təbiət

Antalyada zəlzələ olub

AFAD məlumat verir

Antalyada zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aralıq dənizinin Türkiyənin Antalya vilayəti sahillərinə yaxın bölgəsində 4,8 bal gücündə zəlzələ baş verib.

    Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına əsasən, təkanlar yerli vaxtla saat 22:13-də Antalyanın Qazipaşa rayonundan 73,72 kilometr məsafədə qeydə alınıb. Zəlzələnin episentrinin 34,79 kilometr dərinlikdə olub.

    Təkanlar ətraf bölgələrdə də hiss edilib və əhali arasında təşvişə səbəb olub.

    AFAD-dan verilən açıqlamada bildirilib ki, dağıntı qeydə alınmayıb.