XƏBƏRLƏR / Təbiət

İzmirdə meşə yanğını nəticəsində 30 ev yanıb

Bu barədə Türkiyə KİV- i məlumat yayıb

İzmirdə meşə yanğını nəticəsində 30 ev yanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyənin İzmir vilayətinin üç müxtəlif bölgəsində meşə yanğınları ilə mübarizə davam edir.

    Yanğınlar vilayətin Karşıyaka, Kemalpaşa və Çeşmə rayonlarında baş verib.

    İzmir valisi Süleyman Elban yanğınsöndürmə işləri ilə bağlı son məlumatları açıqlayıb. Vali deyib ki, hazırda bölgədə küləyin sürəti saatda 80 kilometrə çatıb. Bu səbəbdən havadan müdaxilə vaxtaşırı dayandırılır. Karşıyaka rayonunda bir kənd və bəzi evlər boşaldılıb. Bu gün səhər saatlarına olan məlumata görə, bölgədə 6 yanğın olub, onlardan 5-i söndürülüb.

    Kemalpaşa rayonundakı yanğın da küləyin təsiri ilə geniş əraziyə yayılıb. Bölgəyə xilasedici, səhiyyə və jandarma qrupları cəlb edilib.

    Daha bir yanğın Çeşme rayonunda baş verib. Yanğına 6 təyyarə, 1 helikopter və xüsusi texnika ilə müdaxilə edilir.