Türkiyənin Rize Artvin Hava Limanında İstanbul istiqaməti üzrə uçuşundan öncə təyyarə qapısının bağlandığı zaman ildırım düşüb.
Türkiyə KİV-i xəbər verir ki, hadisə nəticəsində təyyarənin əməliyyat məmuru huşunu itirərək yerə yıxılıb.
Hadisə yerinə tibbi yardım briqadaları gəlib və yaralı işçi xəstəxanaya aparılıb. Bu müddətdə park mövqeyinə yaxın yerlərdə ildırım düşməsi hadisələri davam etdiyi üçün əməliyyatlar müvəqqəti olaraq dayandırılıb. 24 dəqiqəlik gözləmədən sonra əməliyyatlar bərpa edilib.
Xəsarət alan şəxsin vəziyyətinin yaxşı olduğu bildirilib.