XƏBƏRLƏR / Təbiət

Xəzər dənizində yenə zəlzələ oldu

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb

Xəzər dənizində yenə zəlzələ oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xəzər dənizində növbəti zəlzələ qeydə alınıb.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Xəzər dənizində Bakı vaxtı ilə saat 07.28-də 3,1 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.

    Qeyd edək ki, dekabrın 26-da saat 02.03-də də Xəzər dənizində 3,0 maqnitudalı zəlzələ baş verib.