XƏBƏRLƏR / Təbiət

Lerik rayonunda zəlzələ qeydə alınıb

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib

Lerik rayonunda zəlzələ qeydə alınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyunun 4-də yerli vaxtla saat 23:32-də Lerik rayonu ərazisində 17 km dərinlikdə 3.6 maqnituda zəlzələ qeydə alınıb.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumatda bildirilib.

    Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb.