XƏBƏRLƏR / Təbiət

Samsunda zəlzələ olub

Bu barədə AFAD məlumat yayıb

Samsunda zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Samsun vilayətində zəlzələ olub. Bu barədə AFAD məlumat yayıb.

    Bildirilib ki, vilayətin Bafra rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.8 ballıq maqnituda ilə qiymətləndirilib. Zəlzələnin episentri Qara dənizdə olub.

    Ocağı yerin 14 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.