XƏBƏRLƏR / Təbiət

Lerik-Hamarat-Vijaker yolunda qar uçqunu olub

Yaxın kəndlərə gediş-gəliş çətinləşib

Lerik-Hamarat-Vijaker yolunda qar uçqunu olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Lerikdə qeyri-sabit hava şəraiti qar uçqununa səbəb olub.

    Сənub bölgəsinə yağan güclü qar yollarda avtomobillərin hərəkətinə çətinlik yaradıb. Lənkəran-Lerik magistralı açıq olsa da, ucqar dağ kəndlərinə gedən yollarda problem qalmaqdadır.

    Rayonun Lerik-Hamarat-Vijaker yolunda isə qar uçqunu baş verib, yaxın kəndlərə gediş-gəliş çətinləşib. Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.

    Lerik fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, yolun qardan təmizlənməsi işlərinə başlanılıb.

    Bölgədə günəşli hava müşahidə edilir.